AFFA Elitada mübarizə aparan klubların hərəsinə 3 milyon, Birinci Liqada çıxış edən klubların hərəsinə 300 min, İkinci Liqadakı 12 klubun hərəsinə 50 min manat ayırır.
Mövzu ilə bağlı Modern.az-a danışan keçmiş futbolçu, ekspert Ceyhun Sultanovun sözlərinə görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən klublara ayrılan pullar kifayət deyil:
“Əgər futbolun inkişafını, liqaları qaldırmağı düşünürüksə, bu məbləğlərlə bunu etmək mümkün deyil. Məsələn bir funksioner kluba işləməyə getsə minimum 5 mindən manatdan aşağı işləməz. Bu ildə 60 min manat edir. Burada hələ əlavə olaraq futbolçuların, məşqçilərin maaşını demirəm”.
Ekspert bildirib ki, keyfiyyət istəyiriksə, məbləğlər mütləq qaldırılmalıdır:
“Oyunçular oyuna bir gün qabaq gedirsə onların oteldə qalacaq yerləri və digər xərclər var. Bu da ən azı 2-3 min manat edir. Mən bütün xərclərin hamısını bir-bir hesablayıb deyə bilərəm ki, klublarda bu pullar hara xərclənir. Buna görə də bəzi komandaların oyunlara gedə bilməməsi təəccüblü deyil”.
Qeyd edək ki, bir müddət əvvəl Lerik futbol klubunun oyunçuları vəsait olmadığı üçün Bakıya gələ bilməmişdi.