İspaniyada 12 yaşadək futbolçular arasında "Alhendin" - "Espanyol" oyunundan sonra xoşagəlməz hadisə yaşanıb.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Espanyol"un oyunçularından birinin anası matçdan sonra meydana daxil olaraq baş hakimi vurub.
Bundan sonra onlar arasında qısa mübahisə yaşanıb.
Matç "Espanyol"un 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.