Noyabr ayı üzrə müavinət, təqaüd və ünvanlı yardımlar ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini yekunlaşdırıb.Bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 23-də isə bölgələrdə yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.