RU

Rutte Qərbi təcili olaraq Ukraynaya hərbi yardımı artırmağa çağırıb

NATO-nun baş katibi Mark Rutte Qərb dövlətlərinə Ukraynaya hərbi dəstəyi tez bir zamanda artırmaq tələbi ilə müraciət edib. Bu, onun fikrincə, münaqişənin axarını dəyişə bilər.

Onun sözlərini Bild nəşri sitat gətirir.

“Bizim dəstəyimiz sayəsində Ukrayna mübarizəni davam etdirir. Lakin biz bu münaqişənin gedişatını dəyişdirmək üçün daha da irəli getməliyik”, - Rutte bildirib.

NATO-nun baş katibi hesab edir ki, Kiyevin müttəfiqləri əlavə hava hücumundan müdafiə sistemini təmin etməli və alyansın Vaşinqtonda keçirilən sammitində Ukraynaya verdiyi vədləri yerinə yetirməlidir. Söhbət ilin sonuna qədər 40 milyard avro məbləğində yardımın göstərilməsindən gedir.

XQ

Избранный
9
1
xalqqazeti.az

2Источники