RU

İran Qırmızı dənizdə xarici gəmiləri müşayiət etməyə hazırdır

İran Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə əcnəbi gəmilərin müşayiəti və dəniz quldurlarından qorunması üçün pulsuz xidmətlər göstərməyə hazırdır.

Azpost.info xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı, kontr-admiral Şəhram İrani deyib.

“Bir görüşdə bir xarici dəniz komandiri dedi ki, Yaxın Şərq bölgəsi təhlükəlidir. Mən cavab verdim ki, narahatsınızsa, İran tərəfindən Qırmızı dənizdə müşayiət olunmanı xahiş edə bilərsiniz. Biz bunun üçün pul tələb etməyəcəyik, çünki bu, həqiqətən beynəlxalq ictimaiyyətə xidmət edir”, – İrani bildirib.

Azpost.info

Избранный
18
azpost.info

1Источники