RU

Öldüyü elan edilən şəxs dəfn zamanı dirilib

Öldüyü

Hindistanda xəstəxanada həkimlər tərəfindən öldüyü elan edilən kişi yandırılmağa hazırlanarkən dirilib.

Reyting.az
xəbər verir ki, dəfn mərasimi keçən cümə axşamı Hindistanın Xunjhunu şəhərində təşkil edilib.

Məlumata görə, həkimlər 45 yaşlı Rohitaşdın öldüyünü bildiriblər. Kişi meyitxanaya aparılıb. Lal və kar Rohitaş üç saatını dondurucu meyitxanada keçirib. Rohitaş yandırılmaq üçün odun üzərinə qoyulmazdan bir neçə dəqiqə əvvəl həyat əlamətləri göstərib. Meyitxana xidmətçiləri Rohitaşın sağ olduğunu anladıqdan sonra o, təcili müalicə üçün yenidən eyni xəstəxanaya aparılıb. Səlahiyyətlilər səhvi yerli mediaya açıqlayaraq iddia ediblər ki, tibb işçiləri ölümün səbəbini müəyyən etmək üçün yarılmadan qaçıblar.

Polis səhlənkarlıq etdiyi iddia olunan baş həkim və hadisədə iştirak etmiş 3 həkimin vəzifələrindən uzaqlaşdırıldığını açıqlayıb.

V. QULİYEV
Избранный
17
reyting.az

1Источники