RU

Trampın Cənubi Qafqaz mövqeyi andiçmədən sonra bəlli olacaq - Natiq Miri

Yazını böyüt
Yazını kiçilt

“Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərindən sonra Azərbaycan Prezidentinin Donald Trampa təbrik zəngi normal diplomatik protokol, diplomatik nəzakətdir. Bu zəng ABŞ-Azərbaycan arasında isti əməkdaşlıq münasibətinin davam etdirilməsinə yönəlik mövqelərin ortaya qoyulmasıdır”.

Bunu hafta.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

N.Miri qeyd edib ki, belə təbrik zənglərində strateji, geosiyasi planlar danışılmır, sadəcə isti münasibətlərin qapağı açılır və qarşılıqlı əməkdaşlıq arzuları qeyd olunur. Onun fikrincə, xalqı tərəfindən dəstəklənərək ABŞ kimi hegemon dövlətə prezident seçilmək sıradan bir məsələ olmadığı üçün belə bir təbrik normaldır.

Donald Trampın biznesmen kimi daha çox mənfəətə hesablanan siyasət apardığını deyən ekspert, məhz inaqurasiyadan sonra onun Ukrayna-Rusiya, Yaxın Şərq, Cənubi Qafqaz, Ermənistan-Azərbaycan münaqişəsinə münasibətinin bəlli olacağını bildirib.

Избранный
22
hafta.az

1Источники