RU

“Bayraktar TB3” gəmi üzərindən test uçuşlarını uğurla davam etdirir

Aviasiya tarixində yeni çığır açan və qısa uçuş-enmə zolağından enən ilk SİHA olan "Bayraktar TB3" dünən iki dəfə Çanaqqala sahillərində üzən "TCG Anadolu" gəmisinə uçuş və eniş sınaqlarını heç bir dəstəkləyici avadanlıqdan istifadə etmədən uğurla başa vurub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, "Baykar" şirkəti tərəfindən verilən açıqlamaya görə, “Bayraktar TB3” dünya aviasiya tarixində SİHA olaraq ilk dəfə qısa uçuş-enmə zolağına malik dəniz vasitəsində qalxış və enmə manevrini uğurla həyata keçirməyə davam edir.

Noyabrın 25-də Çanaqqala sahillərində üzən "TCG Anadolu" gəmisindən "Bayraktar TB3" ikinci uçuş sınağında eniş dəstək avadanlığından istifadə etmədən daha iki dəfə eniş edib və havaya qalxıb.

Qeyd edək ki, “Bayraktar TB3” indiyə qədər həyata keçirilən test uçuşlarında ümumilikdə 700 saatdan çox havada qalıb. Türkiyənin milli SİHA-sı ötən il dekabrın 20-də həyata keçirilən uzun uçuş testində isə yerə enmədən 32 saat havada qalaraq 5 700 kilometr məsafə qət edib.

“Bayraktar TB3” bu ilin mart ayında Türkiyənin texnologiya nəhənglərindən “Aselsan” tərəfindən yerli imkanlarla təkmilləşdirilən, dünyadakı müvafiq sistemlərə nisbətən ən yüksək performansa sahib “ASELFLIR-500” Elektro-Optik Kəşfiyyat, Nəzarət və Hədəfləmə Sistemi ilə təchiz edilib.

Избранный
12
7
sia.az

10Источники