RU

Ukraynada münaqişə kəskinləşir: Böyük savaş gözlənilirmi?

"Moskva gözlənilən böyük savaşda maraqlı deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya ilə Ukrayna arasında müharibənin gərginləşməsi fonunda prosesin daha böyük savaşla nəticələnməsi ehtimalından danışarkən deyib.

"Rusiya-Ukrayna müharibəsinin getdikcə daha təhlükəli hal alması dövrü başlayıb. Tərəflər bir-birilərinin qırmızı cizgilərini artıq ən yüksək pərdədən keçirlər. Olmaz deyilən hadisələr bir-birini əvəz edir. Proseslər daha təhlükəli fazaya daxil olur", deyə Azər Qasımov qeyd edib.

Azər Qasımov bildirib ki, Trampın ABŞ-da hakimiyyətə gəlməsi bir çox proqnozları pozduğu kimi bir çox gözləntiləri də heçə endirib:



"Tramp müharibəni dayandıracağına söz vermişdi. Bayden isə postunu təhvil vermək ərəfəsində Ukraynanı gücləndirmək üçün bu günə qədər etməkdən çəkindiyini artıq etmək qərarına gəlib. Ukraynaya vəd edilən bütün silahlar o gedənə kimi verilməlidir".

Bu da ekspertə görə, Ukraynanın əlinin gücləndirilməsi üçündür:

"Görünən odur ki, Rusiya hələlik 2025-ci il 20 yanvara kimi vaxt qazanmağa çalışır, Ukrayna isə maksimum dərəcədə Rusiyaya zərbə vurmaqla danışıqlar masasına əli güclənmiş halda oturmaq istəyir".

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi artıq yeni mərhələyə qədəm qoyub. ABŞ prezidenti Co Baydenin Kiyevə Amerika silahı olan ATACMS-la Rusiyanın dərinliklərindəki hədəflərə zərbə vurmağa icazə verməsi qərarından sonra eskalasiya yüksələn xətlə inkişaf etməkdədir. Qərardan bir gün sonra Ukraynanın ATACMS uzaqmənzilli raketlə Rusiyanın Bryansk vilayətinə zərbələr endirib. Ardınca Ukrayna Kursk vilayətindəki hərbi aeroportu da həmin raketlərlə vurub. 

Rusiyanın da cavabı özünü çox gözlətməyib. Rusiya ordusu Ukrayna ərazisinə nüvə başlığı daşıya bilən ballistik raketlə zərbə endirdi. Rusiya tərəfi qitələrarası ballistik yox, ortamənzilli ballistik raketdən istifadə edildiyini açıqlayıb. Bununla yanaşı, Rusiyadan nüvə silahından istifadə edilə biləcəyini də istisna etməyən bəyanatlar səslənir. 

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində artıq münaqişənin qlobal xarakter aldığını bildirərək Avropa ölkələrinə təhdidlər yağdırıb. 

Rüfət Sultan

Избранный
5
qaynarinfo.az

1Источники