RU

“Danışdığın bütün sözlər həyatında baş verir” - Çakra mütəxəssisi

“Şikayət etdiyin hər bir şeyi həyatına çəkirsən. Əgər sən nə isə haqqında pis, neqativ bir ifadə səsləndirirsənsə, yüzdə yüz əmin ol ki, o şey sənin həyatına geri gələcək”.

Bu sözləri Hit.az-a çakra üzrə mütəxəssis Ləman Seyidova deyib.

Onun sözlərinə görə, düşüncələrimiz və dediyimiz sözlər həyatımıza təsir edir:

“Çünki şikayət edəndə kainata göndərdiyin enerji ilə dua edəndəki enerji arasında heç bir fərq yoxdur. Kainat sənin duamı, şikayətmi etdiyini anlamır, hamısını bir dua, istək kimi qəbul edir. Ona görə ağzınızdan çıxan sözlərə diqqətli olun. 

Şikayət etdikcə şikayətlənəcəyin şeylər 100 dəfə artacaq. Şükür et ki, şükürlərin artsın”.

Murad

Избранный
20
hit.az

1Источники