RU

Bakı dairəvi yolunda hansı işlər görülüb? VİDEO

Bakıda Dairəvi yola giriş-çıxış genişləndirilib.

Xezerxeber.az xəbər verir ki, söhbət Yasamal rayonu Nazim Hikmət küçəsindən Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış hissələrindən gedir.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun genişləndirilməsində məqsəd ərazidə mütəmadi olaraq yaranan nəqliyyat sıxlığının qarşısını almaqdır.

Qurumun mətbuat katibi Anar Nəcəfli qeyd edib ki, görülmüş işlər çərçivəsində piyadalar üçün səkilər də inşa olunub.

Anar Nəcəfli əlavə edib ki, paytaxtın müxtəlif istiqamətlərində də tıxac olan ərazilərdə sıxlığın qarşsını almaq üçün aidiyyəti qurumlarla birgə təhlillər aparılır. Zərurət yaranarsa həmin ərazilərdə də yolun təmiri və yenidən qurulma prosesi icra oluna bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
32
xezerxeber.az

1Источники