RU

Pakistan ordusuna İmran Xan tərəfdarlarına atəş açmaq icazəsi verilib - VİDEO

Sabiq baş nazir İmran Xanın azadlığa buraxılmasını istəyən minlərlə tərəfdarı paytaxt İslamabada yürüşü dayandırmaqdan boyun qaçırdığından Pakistan ordusu şəhərə qoşun yeridib.

Üç hərbçinin ölümünə yol açan ötəngecəki hadisədən sonra noyabrın 26-da orduya polislə toqquşan etirazçılara atəş açmaq əmri verilib. Daha öncəki toqquşmada, bir neçəsi ciddi olmaqla, onlarca polis əməkdaşı yaralanıb. Polis İ.Xanın minlərlə tərəfdaşına qarşı gözyaşardıcı qazdan və rezin qüllələrdən istifadə edib.

Paytaxta giriş bağlanılıb, mobil internet xidməti vaxtaşırı kəsilir.

İddialara görə, İ.Xanın tərəfdarları İslamabad və digər böyük şəhərlərdə ictimai önəmli yerləri tutmaq istəyir. Onların fevral seçkilərindəki saxtakarlığa və hökumətin məhkəmələr üzərində nəzarətini gücləndirməyə icazə verən konstitusiya dəyişikliyinə etiraz etdikləri bildirilir.

Güvənlik qüvvələrinin fikrincə, paytaxta 9-11 min etirazçı daxil ola bilər. İ.Xanın partiyası onların sayca qat-qat çox olacağını bildirib. Sosial şəbəkələrdə yayılan videolarda keçmiş baş nazir tərəfdarlarınin əleyhqaz və qoruyucu gözlüklər taxdığı görünür.

Ölkə rəsmiləri mümkün zorakılığın önünü kəsmək üçün İ.Xanın partiyası ilə danışıqlar aparır.

Daxili işlər naziri Möhsin Nəkvi etirazçılara aksiyalarını paytaxtdan kənarda keçirməyə icazə verməyə hazır olduğunu bildirib və əlavə edib ki, onlar şəhərə girərsə, polis kəskin tədbirlərə əl atacaq.

72 yaşlı keçmiş kriket ulduzu və populyar siyasətçi İ.Xan bir ildən çoxdur həbsxanadadır. Ona qarşı 150-dən çox cinayət işi açılsa da, rəhbəri olduğu partiya bütün işləri siyasi sifariş sayır./Azadlıq Radiosu/

Избранный
2
1
musavat.com

2Источники