İranda baş verən zəlzələ Ordubad rayonunda hiss edilib.
Musavat.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, Ordubad stansiyasından 50 km cənub-şərqdə İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Ordubad şəhərində 3 bala qədər hiss olunub.
Qeyd edək ki, Mərənd şəhərində qeydə alınan zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib və maqnitudası 4,4-ə bərabər olub.