RU

Bu ölkədə məhbusların maaşı həbsxana işçilərindən çoxdur

İngiltərədə ötən il həbsxanalarda ödənilən maaşlarla bağlı hesabat dərc edilib.

News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, ən yüksək maaş alan məhbusun xalis maaşı vergilər xaric 36 715 funt sterlinq (təx.79 min AZN) olaraq hesablanıb.

Digər yüksək maaşlı məhbusların gəliri 22.900 funt-sterlinqə (təx.49 min AZN) çatıb. Keçən il işləyən məhbusların orta gəliri 19 min sterlinq (təx.40.5 min AZN) olub. 

Londondan kənarda işləyən həbsxana məmurlarının illik maaşı isə 32 448 funt sterlinq (təx.70 min AZN) təşkil edir.

Məhkumların və işçilərin gəlirlərinin yaxınlığı diqqət çəkib.

Hətta bəzi məhbusların maaşlarının onları qoruyan həbsxana məmurlarının maaşından çox olduğu üzə çıxıb.

Çünki ölkədə biokimyaçıların qazancı 36 586 lirə, fizioterapevtlərin qazancı isə 36 602 funt sterlinqdir.

Qeyd edək ki, İngiltərədə cəza çəkən bəzi məhbuslara günün sonunda həbsxanaya qayıtmaları və digər cəza şərtlərini yerinə yetirmələri şərti ilə həbsxanadan kənarda işləməyə icazə verilir. Bu təcrübənin məqsədi cinayətkarları islah etmək, və onların himayəsində olan şəxslərin cəzalarını çəkərkən özlərini təmin etməyə davam etmələrini təmin etməkdir.

Burada məhbuslar işlədikləri müddətdə vergi ödəyicilərinə çevrilirlər. Həftədə 20 funt sterlinqdən çox qazananlardan 40% vergi tutulur və onlardan yığılan vergilər xeyriyyə təşkilatlarına köçürülür.

Избранный
13
1
news24.az

2Источники