RU

Publik Hüquqi Şəxs işçi axtarır - VAKANSİYA

Dövlət qurumu, Publik Hüquqi Şəxs

Təchizat üzrə aparıcı mütəxəssis

Son tarix 26 dek 2024 - [email protected]

Stabil Əmək haqqı və əlavə olaraq il ərzində bir neçə dəfə mükafat almaq imkanı.

İş şəraiti:

  • İş yeri: Bakı
  • İş şəraiti: Standart- ofis
  • İş rejimi: 5 günlük 09:00-18:00

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il təcrübə.

Digər tələblər: 

  •  Daxili və Xarici bazar,mövcud şirkətlər, mallar,xidmətlər və materiallar üzrə anlayışı;
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
  • Təchizat Zəncirinin İdarə olunmasına dair anlayışı;
  • Yüksək araşdırma qabiliyyəti;
  • Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dili arzuolunandır;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları; 
  • MS Office proqramlarında (xüsusilə Excel proqramı üzrə) və 1 C üzrə biliklər. 

Vəzifə öhdəlikləri:

  • Yerli və xarici bazar araşdırmasını aparmaq, bazarı izləmək;
  • Tələb olunan predmet üzrə təsvirləri hazırlamaq, dəqiqləşdirmək, müqayisə etmək;
  • Təchizatçılarla görüşləri keçirmək, danışıqları aparmaq; 
  • Satınalmaya dair sənədləri, işgüzar yazışmaları hazırlamaq,
  • İşlərin “icra müddəti” üzrə öhdəliklərə ciddi riayət etmək,
  • Sifarişləri müvafiq proqram təminatında yerləşdirmək və onları izləmək;
  • Sifarişlərin statuslarını izləmək və vaxtı-vaxtında çatdırılmasını təşkil etmək.

Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Təchizat üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Избранный
16
fed.az

1Источники