RU

Gürcüstanın yeni hökuməti bu tarixdə təsdiqlənəcək

Gürcüstan parlamenti noyabrın 28-də keçiriləcək plenar iclasda baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi yeni hökuməti təsdiq edəcək.

"Unikal" xəbər verir ki, bu barədə qanunverici orqanın spikeri Şalva Papuaşvili bildirib.

"Cümə axşamı günü keçiriləcək plenar iclasda hökumətin tərkibi təqdim olunacaq və biz onu təsdiq edəcəyik", - Papuaşvili qeyd edib.

Hökuməti yalnız “Gürcü arzusu”ndan olan deputatlar təsdiq edəcək.

Müxalifət parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib və qanunverici orqanın işində iştirak etmir.

Избранный
5
50
unikal.az

10Источники