RU

Türkiyə sanksiyaları ləğv etmək üçün ABŞ və Rusiya ilə danışıqlar aparır

Türkiyə sanksiyaları ləğv etmək üçün ABŞ və Rusiya ilə danışıqlar aparır

Türkiyə Rusiya təbii qazının idxalına görə "Qazprombank"a ödənişi davam etdirə bilməki üçün sanksiyaları ləğv etmək istiqamətində ABŞ və Rusiya ilə danışıqlar aparır.Xatırladaq ki, ötən həftə ABŞ Rusiyanın “Qazprombank”ına qarşı yeni sanksiyalar tətbiq edib.Türkiyə ehtiyac duyduğu qazın demək olar ki, hamısını idxal edir və Rusiya boru kəməri idxalının 50%-dən çoxunu təmin edən əsas təchizatçıdır.Türkiyənin energetika naziri Alparslan Bayraktar, Vaşinqtonun İrana qarşı sanksiyalar tətbiq etdiyi zaman Ankaraya verilmiş əvvəlki istisnaya istinad edərək, Türkiyənin "Qazprombank"a tədarük təmin etmək üçün oxşar addıma ehtiyacı olduğunu deyib.“Bu sanksiyalar Türkiyəyə təsir edəcək. Ödəyə bilmirik, ödəyə bilmiriksə, mal ala bilmirik. Xarici İşlər Nazirliyi danışıqlar aparır”, - deyə Bayraktar jurnalistlərə bildirib.Öz növbəsində, başqa bir türk rəsmisi bildirib ki, Türkiyə və Rusiyanın xarici, ticarət və maliyyə nazirliklərinin, eləcə də mərkəzi bankların nümayəndələri ABŞ-ın hərəkətləri və onların ikitərəfli enerji ticarətinə təsirini müzakirə etmək üçün bazar ertəsi görüşüblər.“Rusiya nümayəndə heyəti ilə Türkiyənin bu prosesdə sanksiyalara məruz qalmaması üçün nələr edilə biləcəyini və bunun hansı nəticələrə gətirib çıxaracağını müzakirə etdik”, - deyə rəsmi bildirib.O, əlavə edib ki, Türkiyə amerikalı həmkarları ilə danışıqlara hələ "Qazprombank"a qarşı sanksiyalar elan edilməmişdən əvvəl başlayıb, çünki Vaşinqton adətən ilk öncə tədbirləri elan edir, sonra isə güzəştlər verir. "Onlar bu məsələ üzərində işləyirlər" - deyə rəsmi bildirib.

Избранный
16
afn.az

1Источники