RU

İranda baş verən zəlzələ Ordubadda hiss olunub

Bakı. Trend:

İran ərazisində baş verən zəlzələ Azərbaycanın Ordubad şəhərindədə hiss edilib.

Trend xəbər verirki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə,zəlzələ yerli vaxtla saat 20:50-də Ordubad stansiyasından 50kilometr cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların maqnitudası4,4 olub, zəlzələnin ocağı isə 4 kilometr dərinlikdə yerləşib.

Ordubad şəhərində zəlzələ 3 bala qədər hiss olunub. Hadisə iləbağlı hər hansı ciddi ziyan və ya insan tələfatı barədə məlumatverilməyib.

Избранный
19
7
az.trend.az

8Источники