RU

Başı alman pivəsi içməyə qarışan Vladimir Putin G8 sammitinə 1 saat gecikib

Almaniyanın keçmiş kansleri Angela Merkel “Freedom” adlı xatirələrində Rusiya prezidenti Vladimir Putinlə yaşadıqlarından danışıb.

Beləliklə, o, Rusiya liderinin 2007-ci ildə G8 sammitinə təxminən bir saat gecikdiyi hadisəni bölüşüb. Məlum olub ki, Putin sammitdən bir gün əvvəl sevimli alman pivəsini içib. “Gözlədik və gözlədik.

Dözə bilmədiyim bir şey varsa, o da gecikməkdir. Niyə bunu etdi? O kimə nəyisə sübut etmək istəyirdi? Yoxsa onun həqiqətən problemi var idi? Zahirən mən sakitliyi ifadə etdim və başqaları ilə danışmağa davam etdim, amma içim qaynayıb-qarışdı”, – deyə Merkel öz xatirələrində deyir. Rusiya prezidenti gələndə kanslere izahat verib: “Bu, “Radeberger”in günahıdır”.

Qeyd edək ki, “Radeberger Pilsner” premium alman pivəsidir. Vladimir Putin 1980-ci illərdə Drezdendə DTK zabiti vəzifəsində işləyərkən bu içkiyə aşiq olub. Sammitdən bir gün əvvəl prezidentin xahişi ilə bütöv bir yeşik “Radeberger” onun otağına gətirildi. Keçmiş kansler xatırlayır: “Əlbəttə, içməkdən başqa seçim yox idi” -Rusiya prezidenti gülümsəyərək deyib. Keçmiş kansler hesab edir ki, Vladimir Putin sadəcə olaraq diqqət mərkəzində olmağı xoşlayırdı. “Bu, mənim xeyirxahlığımın müqabilində aldığım şeydir” deyə xanım Merkel yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az

Избранный
10
39
editor.az

10Источники