RU

Harris 2028-ci ildə keçiriləcək prezident seçkilərinə qatılacaq

ABŞ vitse-prezidenti Kamala Harris 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirakını istisna etmir.

"Politico"ya istinadən bildirilir ki, Harris yaxın çevrəsinə 2026-cı ildə Kaliforniya qubernatoru və ya 2028-ci ildə prezidentliyə namizəd olmağı istisna etmədiyini bildirib.

Harris özünün bu mövzudakı qərarını yaxın aylarda verməyi planlaşdırır.

Vitse-prezidentin çevrəsindən bəzi şəxslər, onun 2024-cü ildəki prezident seçkilərindəki kampaniyasını müvəffəqiyyətli hesab edərək, 2028-ci ildə Demokrat Partiyasının ilkin seçkilərində mühüm rol oynayacağını düşünürlər.

Digərləri isə, partiyanın ikinci dəfə ona prezidentliyə müraciət etməsinin mümkün olmadığını qeyd edirlər.

Harris, prezident seçkilərində uduzduqdan sonra ictimai həyatdan çəkilsə də, siyasətdə fəaliyyətini davam etdirəcəyini və mübarizəni davam etdirəcəyini ifadə edib.

Mənbə: bizimxeber.az

Избранный
29
bizimxeber.az

1Источники