Milli komandanın düşərgəsində zədələnən “Neftçi”nin basketbolçusu Amil Həmzəyevin son durumu bəlli olub.
Bizim.Media xəbər verir ki, bu gün 34 yaşlı basketbolçu həkim müayinəsindən keçib.
Həmzəyevin diz bağlarında yırtıq aşkarlanıb. O, 1 ay parketdən kənar qalacaq.
Qeyd edək ki, Amil Həmzəyevin formasını geyindiyi “Neftçi” ABL-nın IV turunda “Sərhədçi”nin qonağı olacaq. Matç dekabrın 1-də oynanılacaq.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта