İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani uzun mənzilli şaquli atışlı zenit-raket kompleksləri ilə təchiz olunacaq yerli istehsal olan yeni hərbi gəminin istismara verilməsi planlarını açıqlayıb.Şəhram İrani Milli Dəniz Qüvvələri Günü münasibətilə İranın Təsnim Agentliyinə müsahibə verib. Hərbi Dəniz Qüvvələrinin geniş çeşiddə avadanlıq istehsalında irəliləyişindən danışan komandan yaxın gələcəkdə “Kürdüstan” adlı yeni yerli gəminin təqdim ediləcəyini bildirib.O qeyd edib ki, yeni hərbi gəmi uzun mənzilli raketləri şaquli şəkildə vura bilən “Səyyad” zenit-raket kompleksi ilə təchiz ediləcək.Kontr-admiral həmçinin “Zaqros” adlı daha bir yeni gəminin xidmətə girəcəyini bildirərək, “Sabalan” esminesinin raket imkanlarının 4 dəfə artırıldığını bildirib.Onun sözlərinə görə, Hərbi Dəniz Qüvvələri, həmçinin innovativ texnologiyalardan istifadə edərək, 1000 kilometrdən çox mənzilli dəniz-yer raketləri hazırlayıb. Şəhram İrani İran Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqların istehsalı sahəsində irəliləyişini yüksək qiymətləndirərək ağır və super ağır sualtı qayıqların istehsalının gündəmdə olduğunu deyib.Onun sözlərinə görə, Hərbi Dəniz Qüvvələri müasir silahlarla təchiz olunacaq və lazımi sınaqlardan sonra fəaliyyətə başlayacaq “Besat” adlı ağır sualtı qayıq hazırlayır. Hərbi Dəniz Qüvvələrinin pilotsuz uçuş aparatlarının imkanları ilə bağlı sualı cavablandıran komandir deyib ki, onun qüvvələri yerli istehsal olan iki növ “strateji pilotsuz təyyarə” alacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта