RU

G7-dən Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər gözlənilir

Yeddilik Qrupu (G7) ölkələri Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi planlaşdırır.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken mətbuat konfransında bildirib.

“Keçən həftə ABŞ Rusiyanın maliyyə sektoruna, o cümlədən “Qazprombank”a qarşı bu günə qədər ən son sanksiyaları tətbiq etdi. Düşünürəm ki, biz G7 ölkələrindən də əlavə addımlar gözləyə bilərik”, - Blinken bildirib.

Dövlət katibinin sözlərinə görə, G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq kreditin köçürülməsi üçün hazırlığı yekunlaşdırır.

Избранный
19
13
qafqazinfo.az

10Источники