RU

Meksika prezidenti ABŞ-ın rüsum tətbiq etməsi halında cavab tədbirlərini görəcək

Bakı. Trend:

ABŞ Meksika mallarına rüsum tətbiq edərsə, Meksika cavabtədbirləri görəcək.

Trend “AssociatedPress”ə istinadən xəbər verir ki, Meksika Prezidenti KlaudiyaŞeynbaum, ABŞ-ın Meksika mallarına rüsum tətbiq etməsi halındacavab tədbirlərinin görüləcəyini açıqlayıb.

Şeynbaum, ABŞ-nin avtomobil istehsalçılarının, sərhəddin hər ikitərəfində zavodları olan şirkətlər olduğunu qeyd edərək, "Bir tarifqarşılığında başqa bir tarifə səbəb olacaq və bu, ümumişirkətlərimizi təhlükə altına alana qədər davam edəcək" deyib.

Əvvəlcə, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp, Meksikatərəfindən qanunsuz miqrantların və narkotik axınınınməhdudlaşdırılmaması halında Meksikanın mallarına 25 faiz rüsumtətbiq edilə biləcəyini bildirmişdi.

Meksika prezidenti isə öz növbəsində mübahisəli məsələlərləbağlı danışıqlara hazır olduğunu vurğulayıb, lakin onun fikrincə,narkotiklərin əsas problemi Meksikanın deyil, ABŞ-ın məsələsidir.Şeynbaum əlavə edib ki, Meksika artıq ABŞ-ya qanunsuz miqrantlarınvə narkotiklərin axınını məhdudlaşdırmaq üzrə tədbirlər görüb.

Избранный
15
az.trend.az

1Источники