RU

ABŞ F-35 qırıcılarını Türkiyəyə verə bilər

Amerika Birləşmiş Ştatları F-35 qırıcılarını Türkiyəyə verə bilər.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər parlamentdə büdcə müzakirələrindən sonra millət vəkillərinin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, ABŞ daha əvvəl Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasını səbəb göstərərək Türkiyənin F-35 proqramından xaric etməsinə baxmayaraq, indi, Ankaranın “KAAN” kimi milli qırıcılar istehsal etməyə başladığını gördükdən sonra, fikrini dəyişib. Onun sözlərinə görə, Türkiyə “F-35”lərlə bağlı təklifini yenidən irəli sürüb.

Y. Gülər “F-16”larla bağlı məsələni də şərh edib: “F-16 Block 70 satınalması çərçivəsində ilkin ödəniş edildi və biz 1,4 milyard dollar sərmayə yatırdıq. Bununla biz 40 ədəd "F-16 Block 70 Viper" təyyarəsi alıb, 79-unu modernləşdirməyə hazırlaşırdıq, lakin bundan vaz keçdik. Çünki bizim TUSAŞ obyektlərimiz hazırda F-16 modernizasiyasını həyata keçirməyə qadirdir. Biz 40 təyyarə və xüsusi sursat alacağıq, ümumi dəyəri təxminən 6,5-7 milyard dollar olacaq”.

Избранный
23
4
apa.az

5Источники