G7 ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırır.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken mətbuat konfransında bildirib.
“Keçən həftə ABŞ Rusiyanın maliyyə sektoruna, o cümlədən “Qazprombank” a qarşı sanksiyaları tətbiq etdi. Düşünürəm ki, biz G7 ölkələrindən də əlavə addımlar gözləyə bilərik”, - Blinken bildirib.
Müəllif: Arzu