RU

Banqladeşdə "dang qızdırması" - Gün ərzində 1000 nəfər xəstəxanaya yerləşdirilib

Banqladeşdə "dang qızdırması" kütləvi yayılmağa başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, təkcə bu gün 990 nəfər bu diaqnozla xəstəxanaya yerləşdirilib.

Banqladeş Səhiyyə Xidmətlərindən bildirilib ki, ağcaqanadlar vasitəsilə yoluxan bu virus artıq ölkədə böyük təlaş yaradıb: "Virus sürətlə yayılmaqla yanaşı, bu il 471 nəfəri öldürməsi əhalini daha da tədirgin edir. Təkcə bu gün 10 nəfər həyatı ilə vidalaşıb, artıq xəstəxanalarda yer qalmayıb. Qısa müddətdə 88715 nəfərə "dang qızdırması" diaqnozu qoyulub..."

Tahir Şəlvəli
MİA.AZ

Избранный
22
1
mia.az

2Источники