RU

Makron administrasiyası Barnye hökumətinin mümkün istefasına hazırlaşır

Yelisey Sarayı sentyabrda Baş nazir təyin edilmiş Mişel Barnyenin hökumətinin mümkün istefasına hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti mənbəyinə istinadən məlumat yayıb.

Məlumata görə, Fransa prezident administrasiyası Nazirlər Kabinetinə etimadsızlıq votumunu qaçılmaz hesab edir. Məsləkdaşlarının əhatəsində Makron ehtimal edib ki, yaxın günlərdə 2025-ci ilin dövlət büdcəsi layihəsinə səsvermə ilə əlaqədar hökumətə etimadsızlıq votumu elan oluna bilər.

“Prezident Barnye kabinetinin süqutunu gözləyir”, – nəşr mənbədən sitat gətirib.

Qəzet yazır ki, hazırkı Baş nazir və onun kabineti istefaya getsə, Fransa yenidən uzun müddət hökumətsiz qala bilər.

“Prezident düşərgəsində heç kim bu hadisənin təkrarını yaşamaq istəməz”, - qəzet prezident dairəsində hökm sürən rəylərdən sitat gətirib.

Qeyd edək ki, bundan əvvəl “Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen büdcə layihəsini tənqid edib və qanun layihəsinə dəyişiklik edilməyəcəyi təqdirdə etimadsızlıq votumunu dəstəkləmək niyyəti barədə xəbərdarlıq edib.

Избранный
32
3
ikisahil.az

4Источники