RU

G7 ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir

Yeddilik Qrupu (G7) dövlətləri Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqi imkanlarını nəzərdən keçirir.

Apa xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken G7 ölkələrinin xarici işlər nazirlərinin İtaliyada keçirilən görüşünün yekunları üzrə mətbuat konfransında bildirib.

Blinkenin sözlərinə görə, G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunacaq gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq kredit köçürmək üçün hazırlıqları yekunlaşdırır.

“Keçən həftə Birləşmiş Ştatlar Rusiyanın maliyyə sektoruna, o cümlədən “Qazprombank”a qarşı bu günə qədər ən son sanksiyaları tətbiq etdi, məncə, G7 ölkələrindən də əlavə addımlar gözləyə bilərik”.

Qeyd edək ki, noyabrın 21-də ABŞ Maliyyə Nazirliyi Rusiya əleyhinə yeni sanksiyalar paketini açıqlayıb.

Избранный
15
4
qaziler.az

10Источники