RU

Rusiya yenidən ABŞ raketləri ilə vuruldu– Moskva hərəkətə keçdi, Ukraynaya əks hücum başlayacaq...

Image

Ukraynanın ABŞ-ın ATACMS raketləri ilə Rusiya ərazisinə hücumu müharibənin bütün dünyaya yayılma risqinə səbəb olub. Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun Kursk bölgəsində yenidən ATACMS raketlərindən istifadə etdiyini açıqlayıb.

Açıqlamada bildirilir ki, noyabrın 23-də Amerika istehsalı olan 5 ATACMS raketi ilə S-400 raket sisteminin yerləşdiyi nöqtəyə hücum təşkil edilib. Onlardan 3-ü “Pantsir” Hava Hücumundan Müdafiə Sistemi tərəfindən məhv edilib, 2-si isə hədəflərə çatıb. Hücum nəticəsində hava hücumundan müdafiə sistemi zədələnib və hərbçilər yaralanıb”.

Açıqlamada bildirilir ki, noyabrın 25-də Kurskda Vostoçnı hava limanına edilən hücumda isə 8 ədəd ATACMS raketindən istifadə edilb: "Onlardan 7-si "Pantsir" sistemi ilə vurulub, 1-i hədəfinə çatıb. Vurulmuş raket hissələrinin düşməsi nəticəsində 2 rus əsgəri yüngül yaralanıb, infrastruktur obyektlərinə ziyan dəyib. Hücum edilən nöqtələr araşdırılıb və müəyyən edilib ki, Ukrayna ordusu Amerika istehsalı olan ATACMS raketlərindən istifadə edib”.

Ukraynanın istifadə etdiyi ATACMS raketlərinin parçalarının görüntülərini də yayan Rusiya Müdafiə Nazirliyi sonda qarşı tərəfə cavab vermək üçün hazırlıqlara başlandığını bildirib.

TAHİR





Избранный
11
1
baki-xeber.com

2Источники