Bütün dünyada böyük əks-səda doğuran Mayk Tayson ilə Ceyk Pol arasında baş tutan qarşılaşmanın çox sakit keçməsi uydurma olduğu iddialarını gündəmə gətirib.
Offsideplus.az xəbər verir ki, bu barədə Ceyk Polun şirkəti Most Valuable Promotions (MVP) tarixi boks matçının uydurma olduğu iddialarına cavab verib.Təşkilatçı qrup bunları qeyd edib:
"Peşəkar boks matçının saxtalaşdırılması ABŞ-da federal cinayətdir. Pol ilə Taysonun döyüşü Texasın Lisenziyalaşdırma və Tənzimləmə Departamenti (TDLR) tərəfindən icazə verilən peşəkar döyüş idi".
Qeyd edək ki, gərgin keçən döyüşün qalibi Ceyk Pol olub.