RU

Kredit götürmək istyənlərə ŞAD XƏBƏR: Şərtlər asanlaşdırılır

Xəbər verdiyimiz kimi, artıq bank olmayan kredit təşkilatlarının fəaliyyəti "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"na əsasən tənzimlənəcək. "Azpulmat" və "Manato" kimi təşkilatlar ən çox 500 manat kredit verə biləcəklər və gündəlik faiz dərəcəsi maksimum 0,3% olacaq. Borcun qaytarılma müddəti isə 45 gün olacaq.

Gecikdirilmiş borclarla bağlı da yeni qaydalar tətbiq olunur: gecikdirilmə faizləri əsas borcun 2 mislindən çox ola bilməz, faizlər 30 gündən artıq hesablanmamalıdır və ödənişlər əsas borcun 100%-dən çox olmamalıdır.

​Kredit təşkilatlarının sərt şərtlərlə kredit verməsi insanlara hansı çətinliklər yaradırdı?

Mövzu ilə bağlı Milli.Az-a iqtisadçı Eldəniz Əmirov açıqlama verib.

O bildirib ki, ümumiyyətlə həm bankların, həm də bank olmayan kredit təşkilatlarının fəaliyyətlərinin nəzarət olunub tənzimlənməsinə ehtiyac vardır. Sözügedən addım bu ehtiyatdan dolayı atılıb.

"İstər banklar, istərsə də bu kredit təşkilatları yalnız kredit verməkdə maraqlıdırlar. Bu zaman verdikləri kreditin bəzi hallarda risklərini düzgün qiymətləndirmirlər. Bilərəkdən və ya bilməyərəkdən bəzi hallarda isə kredit götürən tərəfə (bura həm sahibkarlar, həm də vətəndaşlar daxildir) daha sərt şərtlərlə təqdim edirlər. Bu isə insanlara həm maddi çətinliklər yaradır, həm də bir müddət sonra problemli kredite çevrilir. Bu kütləvi hal olanda isə problemli kreditlərin həcminin artmasına səbəb olur".

Ekspert qeyd edib ki, bir neçə illə müqayisədə hazırda həm banklara, həm də bank olmayan kredit təşkilatlarına ciddi nəzarət və müşahidə olunur. Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi qaydasında fərqliliklər də məhz bu zərurətdən yaranır.

Aysel Əkbər
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
22
1
milli.az

2Источники