RU

FTB-nin ən çox axtardığı cinayətkarlardan biri Britaniyada saxlanılıb

Britaniya Milli Cinayət Agentliyi (NCA) bildirib ki, 2003-cü ildə Kaliforniyada terror aktları törətdiyinə görə ABŞ Federal Təhqiqat Bürosu (FTB) tərəfindən axtarışa verilən Daniel Andreas San Dieqo Böyük Britaniyanın Şimali Uelsdə saxlanılıb...

Poliqon xəbər verir ki, bu barədə The Time nəşri məlumat yayıb.

NCA hesabatına istinad edən The Times qəzeti yazır ki, Daniel San Dieqo iyirmi ildən artıqdır ki, qaçaqdır.

Terror aktlarından əlavə, o, heyvanların hüquqlarını müdafiə edən radikal qrupla əlaqədə olmaqda şübhəli bilinir.

2009-cu ildə FTB onu ən çox axtarılan terrorçular siyahısına salıb və onun harada olduğu barədə məlumat üçün 250.000 dollar mükafat təyin edib.

Poliqon.info

Избранный
33
1
poliqon.info

2Источники