RU

ABŞ-ın Böyük Britaniyadakı hərbi bazalarını dron hücumlarından qorumaq üçün qoşunlar yerləşdirilib

ABŞ-ın İngiltərədəki bir neçə hərbi bazasının üzərində naməlum dronlar müşahidə edilib. SİA xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti hərbi mənbələrə istinadən xəbər yayıb. Bu məqsədlə Böyü Britaniya hərbçiləri əlavə qüvvələr yerləşdirib. Qeyd olunub ki, son bir həftə ərzində üç bazanın yaxınlığında müəyyən edilməmiş bir neçə dronun uçması ilə bağlı hadisələr qeydə alınıb.

Bu təhdidləri dəf etmək üçün Kral Hərbi Hava Qüvvələri (RAF) polkunun təhlükəsizlik üzrə ixtisaslaşmış personalı üç hərbi bazada yerləşdirilib.

Onlar hava məkanını qorumaq üçün “Orcus” adlanan sistemdən istifadə edəcəklər. Bu sistem dronları aşkar etmək, izləmək, tanımaq və lazım gəldikdə onları zərərsizləşdirmək qabiliyyətinə malikdir.

ABŞ Hərbi Hava Qüvvələri isə bu üç baza üzərində hava məkanını monitorinq etməyə davam edəcəyini bildirib.

Избранный
28
sia.az

1Источники