RU

Harris 2028-ci ildə də namizəd olmaq istəyir

Noyabrda keçirilən prezident seçkilərində məğlub olan ABŞ-ın vitse-prezidenti Kamala Harrisin 2028-ci il seçkilərində iştirak etmək imkanı var.

Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Nəşrin məlumatına görə, Harris siyasi karyerasını davam etdirməyi planlaşdırır və köməkçilərinə nəinki növbəti prezident seçkilərində iştirak, həm də Kaliforniya qubernatorluğuna namizəd olmaq da daxil, bütün mümkün variantları araşdırmağı tapşırıb.

Kaliforniyanın hazırkı demokrat qubernatoru Gavin Nevsom 2026-cı ildə səlahiyyət müddətini başa vuracaq.

Mənbələr bildirir ki, Kamala Harris telefon danışıqları zamanı dəfələrlə “mübarizəni davam etdirməyi planlaşdırdığını” bildirib.

Vitse-prezident qış tətilində ailəsi ilə gələcək fəaliyyətini müzakirə etməyi gözləyir.

"O, tələsik qərarlar verən biri deyil. Bəzən qərarını vermək üçün çox vaxt tələb olunur. Ona görə də sizə zəmanət verə bilərəm ki, onun növbəti addımının nə olacağı barədə heç bir fikri yoxdur", - Harrisnin keçmiş köçəkçilərindən biri deyib.

Избранный
12
1
modern.az

2Источники