RU

“Esyasoft Holding”dən SOCAR-la müqavilənin detalları barədə AÇIQLAMA (ÖZƏL)

Bakı. Trend:

COP29 çərçivəsində SOCAR və Birləşmiş Ərəb Əmirliklərindən olan“Esyasoft Holding” şirkəti qaz şəbəkəsinin intellektual idarəetməsisteminin təchizatı, qurulması və xidmətinin idarə edilməsi iləbağlı əməkdaşlıq müqaviləsi imzalayıb.

SOCAR-la imzalanmış əməkdaşlıq müqaviləsinin detalları barədəTrend-ə “Esyasoft Holding”inqurucusu və baş direktoru Bipin Çandra məlumat verib.

“BƏƏ-də qaz şəbəkəsinin rəqəmsal transformasiyasını həyatakeçiririk ki, itkiləri azaldaq, səmərəliliyi və davamlılığıartıraq. Bu, rəqəmsal transformasiya texnoloji innovasiyaları vəsüni intellekt vasitəsilə etməyə çalışdığımız bir məsələdir.

SOCAR və “Azəriqaz”la müqavilə imzalayaraq, dəyişikliklərihəyata keçirmək niyyətindəyik. Məqsədimiz hər bir istehlakçı üçüntəmin etdiyimiz səmərəlilikdən Azərbaycanın bütün evtəsərrüfatlarının faydalanmasıdır”, – deyə B.Çandra bildirib.

Onun sözlərinə görə, müqavilənin əsas məqamlarına avadanlıq,proqram təminatı, məlumatların emalı mərkəzi və idarəetməmərkəzinin təchizatı daxildir.

B.Çandra qeyd edib ki, müqavilənin icrasına gələn ilin əvvəlindəbaşlanacaq. Bu, 10 illik bir müqavilədir.

Məqalədə:
Избранный
10
1
az.trend.az

2Источники