RU

“Titanik” batan il doğulmuşdu: Dünyanın ən yaşlı sakini öldü

Dünyanın ən yaşlı adamı 112 yaşında vəfat edib. Onun ölümünü ailəsi təsdiqləyib. 

Con Alfred Tinnisvud bazar ertəsi yaşadığı Southport qayğı evində ölüb. 

“Cebheinfo.az” xəbər verir ki, ailəsi Tinnisvudun son gününün "musiqi və sevgi ilə əhatə olunduğunu" deyib.

26 avqust 1912-ci ildə (Bu il “Titanik”in batması ilə yadda qalıb) anadan olan Tinnisvud 2020-ci ildə Britaniyanın ən yaşlı adamı olub. 2024-cü ilin aprelində o, Ginnesin “Rekordlar Kitabı” tərəfindən dünyanın ən yaşlı insanı kimi tanınıb.

O, İkinci Dünya müharibəsi illərində Kral Silahlı Qüvvələrində hərbi xidmətdə olarkən yaxşı xidmət göstərib. Burada mühasibat uçotu və auditdən əlavə, onun işinə qapalı qalan əsgərlərin yerləşdirilməsi və ərzaq təchizatının təşkili kimi maddi-texniki təminat işləri də daxil olub.

Həyat yoldaşı Blodven ilə Liverpulda rəqs zamanı tanış olub və 1942-ci ildə evləniblər. Qızı Süzan 1943-cü ildə anadan olub və cütlük 44 il birlikdə yaşayıb. Xanım Tinnisvud 1986-cı ildə vəfat edib.

Избранный
13
cebheinfo.az

1Источники