RU

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 27-si saat 9:00-aolan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkəərazisində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometrologiya Xidmətindən Trend-ə verilən məlumata görə, dağlıq ərazilərəqar yağıb, yağan qarın hündürlüyü Şahdağda 13 sm, Qrızda (Quba) 12sm, Şərurda 8 sm, Ləzədə 4 sm, Şahbuzda 3 sm, Əlibəy (Zaqatala),Gədəbəydə 2 sm olub.

Balakən-Şəki zonasında 11-28 mm, Mərkəzi aran rayonlarında 17-24mm, Quba-Qusar bölgəsində 9-20 mm, Qazax-Gəncə bölgəsində 6-17 mm,Lənkəran-Astara bölgəsində 6-13 mm, Qarabağ və Şərqi-Zəngəzurbölgəsində 3-10 mm, Naxçıvan MR-da 6-11 mm, Bakıda və Abşeronyarımadasında isə 4 mm-dək yağıntı qeydə alınıb.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsib, küləyinsürəti arabir Culfada 25 m/s, Kəlbəcərdə 23 m/s, Tovuzda, Şahdağda20 m/s, Goranboyda 19 m/s, Lerikdə 18 m/s, Bakıda və Abşeronyarımadasında 20 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Zaqatala,Oğuz, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Lerik, Naxçıvan,Naftalan, Qobustan, Göyçay, Sumqayıtda duman müşahidə olunub.Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanınhündürlüyü 2.4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, NaxçıvanMR-da 4, Aran rayonlarında 11 dərəcəyədək isti, dağlıq rayonlardaisə 2 dərəcəyədək şaxta qeydə alınıb.

Məqalədə:
Избранный
8
49
az.trend.az

7Источники