Bakıda gənc qız dəm qazından boğulub.
Avtosfer.az xəbər verir ki, hadisə Yasamal rayonu Z.Kərimov küçəsindəki mənzildə baş verib.
Belə ki, həmin mənzildə kirayə yaşayan 2003-cü il təvəllüdlü Xanım Eyvaz qızı İmanovanın meyiti dünən saat 21 radələrində tapılıb.
Onun dəm qazından boğulub ölməsi məlum olub.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
(qafqazinfo)