RU

QMİ sədri BMT-nin tədbirində

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT-nın Sivilizasiyalar Alyansının “Sülhdə birlik – etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak edib.

Forumda Şeyxülislam Allahşükür Paşazadə “Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq” mövzusunda ilk plenar toplantıda çıxış edib. O, mötəbər forum iştirakçılarına Azərbaycan xalqının və Prezident, Zati-aliləri İlham Əliyev cənablarının səmimi salamlarını və ən xoş arzularını yetirib.

Bu gün dünyanı narahat edən ən mühüm məsələlərdən birinin Yaxın Şərqdə və Ukraynada cərəyan edən faciəvi hadisələr olduğunu bildirən Şeyxülislam A.Paşazadə günahsız insan qırğınına səbəb olan bu qanlı toqquşmaların dayandırılmasına, silahların susmasına, maddi-mənəvi irsin, dini məkanların məhvinə, saysız-hesabsız miqrant faciələrinə son qoyulmasına çağırış edərək, problemlərin beynəlxalq qanun və BMT qətnamələrinə uyğun həll olunmasının tərəfdarı olduğunu bildirib.

Şeyxülislam A.Paşazadə bildirib ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə şəhər və kəndləri bərpa edir, vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrini yenidən bərpa və inşa edir.

Избранный
13
1
xalqqazeti.az

2Источники