1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola üç qolla üstün olub, sonradan qələbəni əldən verdikləri görüşdə özünə xəsarət yetirib.
Oxu.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən "Mançester Siti" - "Feyenoord" qarşılaşmasından sonra onun üzündəki və başındakı cırmaq izləri diqqət çəkib.
Zədələrlə bağlı jurnalistin: "Yaralarınız var. Nə olub?" - sualına Qvardiola gülərək belə cavab verib:
"Dırnaqlarımla cırmışam. Özümə zərər vermək istəyirəm".
Xatırladaq ki, altı qolun vurulduğu görüşdə 3:3 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, bu qarşılaşmayadək "Mançester Siti" bütün yarışlarda beş oyun ardıcıl məğlubiyyətə uğrayıb.