RU

Bu rayonda qaz OLMAYACAQ

28 noyabr 2024-cü il tarixində saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək 24 yaşayış məntəqəsi üzrə 10608 abonentin qaz təchizatında fasilə yaranacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Cəlilabad rayon İcra Hakimiyyəti məlumat yayıb.

Həmin yaşayış məntəqələri isə Günəşli, Alar, Sabirabad, Qarazəncir, Ocaqlı, Əliqasımlı, Bədirli, Babaxanlı, Üçtəpə, Cəfərxanlı, Təzəkənd, Gülməmmədli, Ətcələr, Məmmədcanlı, Adnalı, Şiləvəngə, Abışabad, İnili, Şabanlı, Qasımbəyli, Təklə, Abazallı, Babalı və Cəlayir kəndləridir.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Vasif ƏLİHÜSEYN

Избранный
9
32
redaktor.az

10Источники