Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi dosent Şəfəqət Mahmudovaya nüfuzlu “Springer Nature” akademik nəşriyyatının “Soft Computing” jurnalının redaksiyasına daxil olmuş son 3 məqaləyə rəy verdiyinə görə rəyçi sertifikatı təqdim olunub.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, “Web of Science” elmi bazasına daxil olan jurnal təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi, xaos nəzəriyyəsi və xaotik sistemlər üzrə tədqiqatların nəticələrini təqdim edir. Jurnalın təsir əmsalı 3.1-ə bərabərdir.
“Soft Computing” jurnalı “Scopus”, “Google Scholar”, “DBLP”, “INSPEC”, “EBSCO”, “Science Citation Index Expanded”, “EI Compendex” kimi nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.