RU

Tramp və Bayden arasında saziş imzalandı

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandası istefada olan Prezident Co Baydenin administrasiyası ilə hakimiyyətin rəsmi ötürülməsinə yol açan saziş imzalayıb.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. “Prezident Co Baydenin rəhbərlik etdiyi Ağ Evlə anlaşma memorandumu imzalayan yeni seçilmiş prezident Tramp administrasiyasının keçidinin növbəti mərhələsinə qədəm qoyur”, - Tramp administrasiyasının aparat rəhbəri Suzan Uilz bildirib. Ağ Ev rəsmiləri bildiriblər ki, federal qurumlar Trampın komandası ilə təhlükəsiz məlumat mübadiləsini asanlaşdırmağa yönəldiləcək. ABŞ-nin hazırkı administrasiyası yeni seçilmiş Prezident Donald Trampın andiçmə mərasimindən sonra 2025-ci il yanvarın 20-də başa çatacaq.

 

Избранный
4
manset.az

1Источники