RU

Bu il Ukraynadan Azərbaycana məhsul ixracı 15,1 faiz artıb

Yazını böyüt
Yazını kiçilt

Bu ilin 10 ayı ərzində Ukrayna mallarının Azərbaycana ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artım göstərib.

Hafta.az-ın yazdığına görə, bu barədə Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatlarında deyilir.

Məlumata əsasən ümumi ixracın həcmi bu il 6 faiz artaraq 408 milyon dollar olub. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin güclənməsini və Azərbaycan bazarında Ukrayna məhsullarına tələbatın artmasını təsdiqləyir.

Ukraynadan Azərbaycana ixrac edilmiş məhsullara əsasən iri və kiçik buynuzlu mal, quş əti, şəkər və şirniyyat məhsulları, kakao, qeyri ərzaq sahəsində isə əsasən qara metal məhsulları, avadanlıq və quraşdırma - texniki mallar daxildir.

Bu artım təkcə Ukrayna ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafının müsbət perspektivlərini əks etdirir.

Избранный
28
hafta.az

1Источники