RU

Bəhlulzadənin mavi “Yaz axşamı”

Səttar Bəhlulzadənin “Yaz axşamı” tablosu görkəmli rəssamın zəngin yaradıcılığında xüsusi yer tutur. Fırça ustası bu əsəri 1963-cü ildə Xəzər dənizinin əsrarəngiz görüntüsündən ilhamlanaraq yaradıb.

S.Bəhlulzadə yaradıcılığında mavi rəng çalarlarına daha çox təsadüf olunur. Sözügedən sənət nümunəsində də Xəzər dənizi ilə sahildəki dağlar tünd və açıq mavi rənglərin fonunda təsvir edilib.

Tabloda sahilin kənarında erkən yaz aylarında yenicə yaşıllaşmış ağaclar qarışıq tonlar ilə əks olunub. Mavi və yaşıl boyaların sintezindən alınan rənglər xoş aura yaradır. Diqqətdən yayınmayan maraqlı cəhətlərdən biri də rəsmin sol tərəfində Xəzərdən göyərçinlərin uçmasıdır. Bu isə artıq küləkdən xəbər verir.

“Yaz axşamı” əsəri hazırda Azərbaycan Milli İncəsənət muzeyində qorunub saxlanılır.

Leyla İLKİNQIZI,
tələbə-jurnalist

Избранный
6
xalqqazeti.az

1Источники