RU

Çinin müdafiə nazirinə qarşı korrupsiyaya ittihamı ilə istintaq başladılıb

Çin Xalq Azadlıq Ordusunun rəhbərliyinə təsir edən korrupsiya qalmaqalı ilə bağlı müdafiə naziri Dun Tsyuna qarşı təhqiqat başladılıb...

Poliqon xəbər verir ki, bu barədə “Financial Times” qəzeti adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinin sözlərinə görə, nazir orduda korrupsiya ilə bağlı daha geniş araşdırmanın bir hissəsi kimi istintaq altındadır. Dun Tsyun son illər korrupsiya iddiası ilə araşdırılan üçüncü Çin müdafiə naziridir.

Nazirin konkret hansı ittihamlarla üzləşdiyi bəlli deyil. Çinin Vaşinqtondakı səfirliyi bununla bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, Dun Tsyun 2023-cü ilin dekabrında müdafiə naziri təyin edilib. O, vəzifədə cəmi 7 ay qaldıqdan sonra vəzifəsindən uzaqlaşdırılan general Li Şanfunun yerinə keçib. İyun ayında Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosu Li Şanfunu “intizam pozuntularına” (korrupsiyaya) görə partiyadan və vəzifədən çıxarıb. İstintaqın məlumatına görə, Li Şanfu rüşvət alıb və təklif edib, o cümlədən vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edib. Reuters-in məlumatına görə, onun cinayət işi hərbi texnikanın satın alınması zamanı pozuntularla bağlı olub.

Li Şanfunun sələfi Vey Fenh də qanunu və partiya nizam-intizamını pozduğuna görə ÇKP-dən xaric edilib.

Poliqon.info

Избранный
14
poliqon.info

1Источники