RU

Atəşkəslə bağlı razılığa gəldilər – Baydendən diqqət çəkən açıqlama

Atəşkəs ABŞ prezidenti Bayden mətbuata açıqlamasında Livan və İsrail hökumətləri arasında atəşkəs razılaşmasının əldə edildiyini açıqlayıb.

News24.az xəbər verir ki, atəşkəsin bu gün Bakı vaxtı ilə saat 06:00-dan etibarən qüvvəyə mindiyini açıqlayan Bayden Livan Silahlı Qüvvələrinin 60 gün ərzində Livanın cənub sərhədinə yerləşdiriləcəyini və bu bölgənin nəzarətini təmin edəcəyini bildirib.

Razılaşmanın “Hizbullah” qüvvələrinin sözügedən bölgədən tərksilah edilməsini və Litani çayının şimalına keçməsini nəzərdə tutduğunu qeyd edən Bayden İsrail əsgərlərinin 60 günlük müddət ərzində mərhələli şəkildə bölgədən çəkiləcəyini deyib.

Bu prosesdə heç bir ABŞ hərbçilərinin Livanda olmayacağını da qeyd edən Bayden ABŞ və Fransanın rəhbərlik etdiyi uzunmüddətli diplomatik səylər sayəsində razılaşmanın əldə edildiyini vurğulayıb.

“Türkiyə, Misir və Qətərlə birlikdə atəşkəs üçün səylərimizi davam etdirəcəyik”, - deyə Bayden bildirib.

Bayden həmçinin bəyan edib ki, ABŞ və Fransanın rəhbərlik etdiyi beynəlxalq koalisiya atəşkəs razılaşmasının həyata keçirilməsini dəstəkləyəcək.

Bayden həmçinin bildirib ki, İsrailin hücumları nəticəsində qaçqın düşən livanlılar və İsrailin şimalındakı yəhudi köçkünlər öz evlərinə dönə biləcəklər. 

Atəşkəsin qüvvəyə minəcəyi ilə bağlı açıqlamadan əvvəl mətbuatda yer alan iddialara görə, İsrail-Livan sərhədindən İsrail ordusu və “Hizbullah”ın geri çəkildiyi Litani çayına qədər bölgəyə 5-10 min Livan əsgərləri yerləşdiriləcək.

Aynurə

Избранный
2
news24.az

1Источники