RU

IGB operatoru ekosistemlərə təsirin qiymətləndirilməsi üçün tədqiqatlara başlayıb — İcraçı direktor (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru olanICGB şirkəti ekosistemlərə təsirin qiymətləndirilməsi məqsədiləsahə tədqiqatlarına başlayıb.

Bu barədə Trend-ə özəlmüsahibədə ICGB-nin icraçı direktoru Teodora Georgievabildirib.

O vurğulayıb ki, ətraf mühitin və cəmiyyətin qorunması şirkətüçün həmişə əsas prioritet olub və ICGB layihənin bütünmərhələlərində bu səyləri daha da gücləndirməkdə davam edir.

“Komandalarımız, o cümlədən, podratçılarımız, IGB boru kəmərinintikinti mərhələsində yerli icmalara və təbiətə təsiri minimumaendirmək üçün əhəmiyyətli səylər göstəriblər. Bu səylər istismarmərhələsində də davam edir ki, diqqətli və məsuliyyətli yanaşmamızıqoruyub saxlaya bilək”, – deyə T.Georgieva qeyd edib.

IGB boru kəmərinin marşrutu 182 km təşkil edir, bunun 151kilometri Bolqarıstan, 31 kilometri isə Yunanıstan ərazisindənkeçir. Ötən il Bolqarıstanda IGB marşrutu boyunca bərpa işləri başaçatdırılıb. Hazırda şirkət Yunanıstanın daha kiçik bir hissəsindəoxşar işləri həyata keçirməyə hazırlaşır. Bu, uzunmüddətli mənfitəsirləri minimuma endirmək məqsədilə ərazilərin yaşıllaşdırılmasıvə meşə bərpasını əhatə edir. Eyni zamanda, bütün marşrut boyuncaflora, fauna və təbii yaşayış mühitlərinə təsirinqiymətləndirilməsi üçün sahə tədqiqatlarına başlanılıb.

"Bu tədqiqatlar ekosistemlərin qorunması, risklərin azaldılmasıvə itkilərin kompensasiyası üçün hansı tədbirlərin həyata keçiriləbiləcəyini müəyyən etməyə kömək edəcək. Məqsədimiz ekosistemlərdəsıfır xalis itkiyə nail olmaqdır", – deyə ICGB-nin icraçı direktoruəlavə edib.

O, həmçinin, qeyd edib ki, ICGB-də ekoloji və sosial idarəetməilə məşğul olan ixtisaslaşmış bir şöbə mövcuddur. Şirkətin müstəqilötürmə sistemi operatoru kimi bu sahələrdəki fəaliyyətə sadiqliyiəsas prinsiplərdən biridir.

“Bizdə müntəzəm monitorinq mexanizmləri fəaliyyət göstərir,tullantıların idarə olunması üzrə tədbirlər tətbiq edilib,həmçinin, boru kəmərinin marşrutu boyunca yerli icmalarla daimiəlaqə kanalları qurulub. IGB-nin sosial təsiri böyük əhəmiyyətdaşıyır, çünki boru kəmərinin təhlükəsizlik zonası (RoW) müxtəliftipli 70-dən çox yaşayış məntəqəsinin yaxınlığından keçir.

Şirkət bütün torpaq sahiblərinə kompensasiyalar ödəyib vətorpağın qaytarılması prosedurunu minimum təsirlə uğurla başaçatdırıb. Əlavə dəstək olaraq, məhsul və gübrələr yerli torpaqsahiblərinə təqdim edilib. ICGB yaşayış vasitələrinin bərpasıproqramı çərçivəsində yerli icmaları dəstəkləməyə davam edir.

Son vaxtlar biz boru kəmərinin marşrutu boyunca yerləşən 70-dənçox kiçik yaşayış məntəqəsinə bəzi təxirəsalınmaz ehtiyaclarınıhəll etməyə kömək etmək üçün ianələr təşkil etdik. Məsələn, bəziyaşayış məntəqələri bu vəsaitləri ictimai idman meydançalarınınqurulmasına, dini obyektlərin bərpasına və ya ictimaiinfrastrukturun yaxşılaşdırılmasına sərf etmək qərarına gəlib”, –deyə T.Georgieva bildirib.

ICGB-nin icraçı direktoru Teodora Georgieva qeyd edib ki, şirkətdaha az inkişaf etmiş iqtisadiyyata və infrastruktur səviyyəsinəmalik olan qeyri-mərkəzi regionlarda infrastrukturu idarə edir.

“Məhz buna görə biz yerli sakinlərin, həssas əhali qruplarının,otlaq ərazilərdən asılı olan insanların və heyvanların rifahınıartırmağa yönəlmiş plan və proqramlar hazırlayıb tətbiq etməyəxüsusilə motivasiyalıyıq”, – deyə o əlavə edib.

Hidrogenin nəqli

“Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) təbii qazlaqarışıq şəkildə, hətta aşağı konsentrasiyada belə hidrogeninnəqlini həyata keçirmək potensialına malikdir ki, bu da Avropaİttifaqının təmiz enerji məqsədlərinə uyğundur və Bolqarıstanıniqlim öhdəliklərinin yerinə yetirilməsinə töhfə verir", – deyəICGB-nin icraçı direktoru Teodora Georgieva bildirib.

“Aparılmış ilkin tədqiqatlar göstərir ki, hidrogenin kiçikhəcmdə təbii qazla qarışdırılaraq nəqli mümkündür. Lakin daha böyükhəcmdə hidrogenin nəqli üçün infrastrukturun modernləşdirilməsinəəlavə hədəfli investisiyalar tələb olunacaq”, – deyə o izahedib.

T.Georgievanın sözlərinə görə, ICGB hazırda hidrogen nəqlixidmətlərinə bazar marağını öyrənir ki, regionda bu xidmətlərəciddi tələb olub-olmadığını müəyyənləşdirsin.

“Bu qiymətləndirmə bizə gələcək layihələrimizi, bütün Avropadatranssərhəd hidrogen şəbəkəsinin yaradılmasına yönəlmiş “EuropeanHydrogen Backbone” təşəbbüsünə uyğunlaşdırmağa kömək edəcək.Bolqarıstan və Yunanıstan artıq birgə hidrogen strategiyalarıüzərində işləyir və şəbəkələrinin inteqrasiyasını planlaşdırır. IGBinfrastrukturu gələcəkdə transsərhəd hidrogen axınını dəstəkləməkimkanına malik olacaq. Bu, regionun enerji dayanıqlığınıgücləndirəcək və Şərqi Avropada dekarbonizasiya prosesinisürətləndirəcək. Biz bu prosesləri yaxından izləyirik və yenitələblərə uyğunlaşmağa hazırıq”, – deyə o əlavə edib.

Karbon emissiyalarının azaldılması və dayanıqlıenerji

“Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru olanICGB digər qaz infrastrukturları, o cümlədən, ötürmə və paylamaoperatorları, reqazifikasiya terminalları və qaz anbarları ilə sıxinteqrasiyası sayəsində regionun enerji təhlükəsizliyinin təminedilməsində mühüm rol oynayır”, – deyə ICGB-nin icraçı direktoruTeodora Georgieva bildirib.

“Ümumi enerji sistemi çərçivəsində karbon emissiyalarınınazaldılması və dayanıqlı enerjinin inkişafı istiqamətində bütüntəşəbbüslər müxtəlif iştirakçıların koordinasiya edilmişfəaliyyətini tələb edir. Bu yanaşmaya gözəl bir nümunə Mərkəzi vəCənub-Şərqi Avropa (CESEC) regionunda qoşulma nöqtələrində qazınkeyfiyyət tələblərinin harmonizasiyası ilə bağlı yeni imzalanmışAnlaşma Memorandumudur.

Bundan əlavə, enerji mənzərəsinin inkişafında Vertikal QazDəhlizi mühüm rol oynayır. Bu dəhliz yeddi ölkənin ötürmə sistemioperatorlarını (TSO) birləşdirir. İnfrastrukturunmodernləşdirilməsi və normativ bazanın unifikasiyası üzrə birgəfəaliyyətlər inteqrasiya olunmuş və rəqabətədavamlı regional enerjibazarının formalaşması üçün zəmin yaradır. Belə əməkdaşlıq enerjikeçidini sürətləndirməklə bərabər, bərpa olunan enerjitexnologiyalarının tətbiqinə şərait yaradır”, – deyə T.Georgievaqeyd edib.

O vurğulayıb ki, şirkət karbon emissiyalarının azaldılması vədayanıqlı enerjinin inkişafına hidrogen və aşağı karbonlu məhsullarbazarının formalaşması perspektivindən yanaşır.

“Belə bir bazarın yaradılması ənənəvi bazar inkişafı ilə mümkündeyil və ya ən azı daha uzun müddət tələb edəcək. Bu prosesdəötürmə sistemi operatorlarının (TSO) əsas rolunu nəzərə almaqvacibdir – biz təbii qaz, hidrogen və ya aşağı karbonlu qazlar kimiəsas enerji resurslarının ticarətini təmin edir vədəstəkləyirik.

Bu xidmətlərin göstərilməsi üçün davamlı tələb formalaşmalıdır.Buna görə də hidrogen və aşağı karbonlu məhsullar üçün tamfunksional bazarın yaranması TSO-nun onu effektiv şəkildə idarəetməsi üçün strateji investisiyaların həyata keçirilməsində vacibşərtdir”, – deyə o qeyd edib.

T.Georgievanın sözlərinə görə, ICGB-nin əsas diqqəti hələ dətəbii qazın nəqli və idarə edilməsinin inkişafına yönəlib. Bu,çoxşaxəli mənbələrdən təhlükəsiz və etibarlı tədarükə çıxışı təminetmək üçün vacibdir.

“IGB boru kəməri Bolqarıstan və daha geniş region üçün əsas roloynayır. Avropanın Rusiya təbii qazından istifadəninməhdudlaşdırılması öhdəliyini nəzərə alaraq, IGB infrastrukturununMoldova və Ukrayna kimi strateji əhəmiyyətli bazarlara tədarüklərintəmin edilməsinə mühüm töhfə verə biləcəyi aydındır.

Uzunmüddətli perspektivdə bazarın inkişaf dinamikasından asılıolaraq, hidrogenin nəqli üçün infrastrukturun yaradılması mümkünolacaq. Bu isə enerji resurslarının təhlükəsiz və effektiv şəkildədaşınmasını təmin edəcək”, – deyə o vurğulayıb.

ICGB-nin icraçı direktoru həmçinin qeyd edib ki, mövcud regionalistehsal güclərini və metodlarını nəzərə alaraq, ICGB özşəbəkəsindən istifadə edən əhəmiyyətli biometan həcmlərinigözləmir.

“Mövcud normativ-hüquqi baza, uzunmüddətli müqavilələrəəsaslanan və təbii qazın nəqlinə yönəlmiş ICGB modeli çərçivəsindəqazın qarışdırılmasını nəzərdə tutmur. Bu, bizim biznesstrategiyamızın əsas elementidir. ICGB-nin xidmətləri daha çoxtəbii qazın tədarükü ilə bağlı digər bazar seqmentinə yönəlib. Bunagörə ekoloji təmiz qazların, məsələn, biometan, hidrogen və onlarınqarışıqlarının bizim şəbəkəyə inteqrasiyası üçün bu resurslarayönəlmiş ixtisaslaşmış bazarın formalaşdırılması tələb olunur. Bizsektor trendlərini yaxından izləyirik ki, gələcəkdə belədəyişikliklərin mümkün olub-olmadığını anlayaq. Bu, bizəbiznesimizi uyğunlaşdırmağa və yeni xidmətlər təqdim etməyə imkanverəcək”, – deyə o izah edib.

Metan emissiyalarına nəzarətdən danışan T.Georgieva vurğulayıbki, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) real vaxtrejimində bütün marşrut boyu mümkün sızmaları izləməyə imkan verən“Simone” sistemi ilə təchiz olunub. Bu, ICGB komandalarınaistənilən insidentə dərhal reaksiya verməyə şərait yaradır.

“Bundan əlavə, hər bir qaz ölçmə stansiyası və klapan qovşağıqaz sızmalarını aşkar etməyə imkan verən sistemlə təchiz edilib.IGB-nin strateji əhəmiyyətini və milli təhlükəsizlik qaydalarınatabe olduğunu nəzərə alaraq, daha ətraflı məlumatları açıqlayabilmirik”, – deyə o əlavə edib.

Məqalədə:
Избранный
27
1
az.trend.az

2Источники