''Qalatasaray''ın növbəti tur üçün Türkiyə Futbol Federasiyasına müraciət etdiyini xəbər vermişdik.
''Cim-Bom'' əsas rəqibləri ilə eyni dərəcədə istirahət etmək istədiyi üçün ''Eyüpspor''la oyunun bazar günündən bazar ertəsinə keçirilməsini istəyirdi.
Məsələ burasındadı ki, cümə axşamı hər üç İstanbul nəhəngi Avropa Liqasında növbəti oyununu keçirəcək. Amma federasiya nədənsə, həftəsonu ''Fənərbaxça'' ilə ''Beşiktaş''ın oyunlarını bazar ertəsinə, ''Qalatasaray''ın oyununu isə bazar gününə salıb.
''Sarı-qırmızılar''ın müraciətinə baxan TFF tələbi qəbul etməyib. Federasiya TV maraqlarını və başqa məqamları əsas gətirərək oyunu bazar ertəsinə keçirməkdən imtina edib.
Beləliklə, ''Qalatasaray'' - ''Eyüpspor'' qarşılaşması əvvəlcədən açıqlandığı kimi bazar günü dekabrın 1-də keçiriləcək və Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
ƏLİ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта